...

Gəncədə ağır cinayət hadisəsi baş verib

Hadisə Materials 13 İyun 2007 17:48 (UTC +04:00)

Azərbaycan, Gəncə/ Trend müxbir V.Məmmədov/ Gəncədə ağır cinayət hadisəsi baş verib. Dünən gecə bir nəfər şəhər sakininə odlu silahdan atəş açılıb və o, ağır yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb. Yaralının prokurorluq əməkdaşlarına verdiyi ilkin ifadələrinə görə, o, öz qayınatası tərəfindən vurulub.

Gəncə şəhər Prokurorluğundan çərşənbə günü bildiriblər ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs 1966-cı il təvəllüdlü Əşrəf Əjdər Hüseynovdur. O, hadisə yerindən qaçdığından onun barəsində hazırda hüquq-mühafizə orqanları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Prokurorluğun müstəntiqi İqbal Tağıyevin sözlərinə görə, hadisə ailə münaqişəsi zəminində baş verib. Zərəçəkən 27 yaşlı Ramin Asəf oğlu Rzayev Şah İsmayıl Xətai küçəsi, döngə 1, 43 saylı ünvanda öz qayınatası ilə birgə yaşayırmış. Aralarında yaranan mübahisə də mülk üstündə olub. Yaşadıqları evin yaxınlığında öz kürəkəninə tapançadan bir neçə dəfə atəş açan Hüseynov onu sol çiynindən yaralayıb və odlu silahı da özü ilə götürərək, hadisə yerindən qaçıb. Prokurorluq onun əvvəllər də məhkum olduğunu bildirib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda qəstdən adamöldürməyə cəhd və qanunsuz silah gəzdirmə maddələri ilə cinayət işi açılıb, istintaq aparılır.

Gəncə paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti