...

Gəncədə hərbi maşının qəzaya uğraması faktı ilə bağlı cinayət işi açılıb - versiya 2

Hadisə Materials 19 İyul 2007 15:26 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Gəncədə hərbi maşının qəzaya uğraması faktı ilə bağlı cinayət işi açılıb. Gəncə şəhər hərbi prokuroru Namiq Muradov Trend ə bildirib ki, prokurorluqda faktla bağlı Cinayət Məcəlləsinin 351-ci (maşınları idarəetmə və istismar qaydalarını pozma) maddəsi ilə cinayət işi açılıb. Prokuror bildirib ki, xəsarət alanlar arasında vəziyyəti ağır olan yoxdur.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən isə bildirilib ki, qəzaya uğramış hərbi maşında 28 əsgər olub. Onlardan 26-sı yüngül xəsarət alıb. 2 nəfər isə kəllə-beyin travması diaqnozu ilə Gəncədəki hərbi hospitala yerləşdirilib. Kəllə-beyin travması diaqnozu ilə yaralanan əsgərlərin vəziyyəti orta ağırdır. Yüngül xəsatət alan əsgərlərin bir hissəsi hospitaldan buraxılıb. Hadisəyə səbəb kimi ilkin versiya sürücünün ehtiyatsızlığı güman olunur.

Bu gün saat 10 radələrində əsgərləri daşıyan hərbi maşın təlimə gedərkən Nizami məqbərəsi yaxınlığında aşıb.

Xəbər lenti

Xəbər lenti