...

Britaniyalı həkimlər sağlam adamlara aspirin qəbul etməyi qadağan ediblər

Maraqlı Materials 12 Yanvar 2012 12:27 (UTC +04:00)
Çoxları ürək tutması və ya insultun qarşısını almaq ümidilə aspirin qəbul edirlər. Lakin, deyəsən, onlar bununla özlərinə daha çox ziyan vururlar.
Britaniyalı həkimlər sağlam adamlara aspirin qəbul etməyi qadağan ediblər

Azərbaycan, Bakı, 12 yanvar / Trend, müxbir X.Murtuzayeva/

Çoxları ürək tutması və ya insultun qarşısını almaq ümidilə aspirin qəbul edirlər. Lakin, deyəsən, onlar bununla özlərinə daha çox ziyan vururlar. Bunu on mindən artıq insanın analizi göstərir. Təhlillər "Archives of Internal Medicine" jurnalının səhifələrində dərc olunub. Nəticə belədir: daxili qanaxma riski faydanı üstələyir. Trend-in məlumatına görə, bu barədə BBC xəbər verir.

Məlumdur ki, aspirin trombositlərin yapışmasına mane olaraq trombların yaranmasına imkan vermir. Habelə alimlər dəfələrlə asprini xərçəng aleyhinə vasitə kimi qələmə veriblər. Lakin həmişə beyin də daxil olmaqla, asprin qəbulu ilə bağlı daxili qanaxma riski yüksək olaraq qalır.

2005-ci ildə Britaniyada dərc olunan direktivlərə görə, insult və ürək tutmaları risk qrupunda olan 50 yaşdan yuxarı şəxslərə gün ərzində 75 milliqram aspirin atmaq tövsiyə olunub. Lakin sonralar ekspertlər belə preventiv terapiyanın zərəri barədə danışmağa başlayıblar.

Bu məsələyə Londondakı Müqəddəs Georgi Universitetinin professoru Pey Kausik nöqtə qoymağı qərara alıb. O həmkarları ilə birgə müəyyən edib ki, aspirin qəbul edən adamlarda ölümcül olmayan ürək tutmaları 20 faiz azalsa da, aspirin ürək tutmasından, insultdan və ya xərçəngdən ölənlərin statistikasına təsir etməyib. Bununla belə, qanaxma ehtimalı 30 faiz yüksəlib.

Xəbər lenti

Xəbər lenti