...

Az yatmaq təhlükəlidir

Maraqlı Materials 19 Mart 2012 11:22 (UTC +04:00)
Yuxusuz qalmaq sadəcə ertəsi gün yorğunluğa səbəb olmur. O eyni zamanda insanın daha çox yeməsinə və uzun müddət davam edərsə, piylənməyə də gətirib çıxarır.
Az yatmaq təhlükəlidir

Azərbaycan, Bakı, 19 mart / Trend, müxbir X.Murtuzayeva/

Yuxusuz qalmaq sadəcə ertəsi gün yorğunluğa səbəb olmur. O eyni zamanda insanın daha çox yeməsinə və uzun müddət davam edərsə, piylənməyə də gətirib çıxarır. Bu barədə Trend Türkiyənin "Hürriyət" qəzetinə istinadən xəbər verir.

Amerika Birləşmiş Ştatlarındakı klinikalardan birində aparılan araşdırma az yatanların gün ərzində daha çox kalori aldığını ortaya çıxarıb. Araşdırmaya qoşulanların yarısı normal müddətdə yatdıqları halda, diğər yarısı isə bu müddətin üçdə ikisi qədər yatırdılar.

Yuxunun leptin və qrelin hormonları üzərində təsiri olub-olmadığı gözlənilirdi. Araşdırma müddətində digərlərindən 1 saat 20 dəqiqə az yatan adamlar orta hesabla 549 kalori daha çox alıblar. Tədqiqatı aparan mütəxəssislər piylənmə və yuxu ilə bağlı əlaqənin diqqətçəkən məqamları olduğunu bildirirlər. Doktor Andryu Kalvinin sözlərinə görə, insanlar özləri də bunu az yatdıqları günlərdə müşahidə edə bilərlər.

Xəbər lenti

Xəbər lenti