...

Cəsədlər 60 il sonra tapıldı

Maraqlı Materials 29 İyun 2012 12:46 (UTC +04:00)
Keçən həftələrdə ABŞ-ın Alyaska ştatında buzlaqların yaxınlığında 60 il əvvəl qəzaya uğramış hərbi yük təyyarəsinin qalıqları aşkar edilib.
Cəsədlər 60 il sonra tapıldı

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir X.Murtuzayeva/

Keçən həftələrdə ABŞ-ın Alyaska ştatında buzlaqların yaxınlığında 60 il əvvəl qəzaya uğramış hərbi yük təyyarəsinin qalıqları aşkar edilib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Hürriyət" qəzeti məlumat verir.

Kapitan Cemi Dobson təyyarə qalıqlarının 1952-ci ildə 52 sərnişinlə qəzaya uğrayan "C-124a Globemaster" tipli təyyarəyə aid olduğunu açıqlayıb.

İyunun 14-də Coloni Buzlağına yaxın bir ərazidə qəzaya uğrayan təyyarədəki 11-i heyət üzvü olmaqla 52 sərnişinin hamısı ölmüşdü. O dövrdə qəzaya uğrayan Amerika hərbi sərnişin təyyarələrinin ən böyüklərindən üçüncüsü olan "Globemaster" təyyarəsinin qalıqları bölgədə "Blackhawk" helikopteri ilə sınaq uçuşu edən Alyaska Milli Muhafızəsinin əməkdaşları tərəfindən qeydə alınmışdı. Qalıqların buzların əriməsi səbəbindən ortaya çıxdığı güman edilir.

Xəbər lenti

Xəbər lenti