...

6 metrlik timsah "Ginnesin Rekordlar Kitabı"na düşüb

Maraqlı Materials 2 İyul 2012 16:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir X.Murtuzayeva/

"Ginnesin Rekordlar Kitabı" Filippində tutulan timsahı dünyanın ən böyük timsahı elan edib. Bu barədə Trend Türkiyə KİV-ə istinadən məlumat verir.

"Ginnes"in sözcüsü Anna Luis Rouz ləqəbi "Lolong" olan duzlu su timsahının uzunluğunun 6 metr 17 santimetr, çəkisinin isə bir tondan çox olduğunu bildirib.

"Lolong" ötən ilin noyabr ayında Filippinin cənubundakı Aqusan del Sur əyalətinin Bunavan qəsəbəsində tutulub. Turistlərin marağına səbəb olan timsahın bir ara itməsi əhaliyə qorxu dolu anlar yaşatmışdı.

Xəbər lenti

Xəbər lenti