...

Sürətli üzməyin sirri tapıldı

Maraqlı Materials 5 İyul 2012 13:19 (UTC +04:00)
ABŞ-ın Duke Universitetində aparılan araşdırmalar üzərkən barmaqları açıq tutmağın sürətli irəliləməyə daha yaxşı kömək etdiyini üzə çıxarıb.
Sürətli üzməyin sirri tapıldı

Azərbaycan, Bakı, 5 iyul /Trend/

ABŞ-ın Duke Universitetində aparılan araşdırmalar üzərkən barmaqları açıq tutmağın sürətli irəliləməyə daha yaxşı kömək etdiyini üzə çıxarıb. Bu barədə Trend Türkiyə mətbuatına istinadən xəbər verir.

Barmaqların düzgün açılmasının barmaqlar bitişik şəkildə üzməkdən 53 faiz daha çox təsir yaratdığı sübuta yetirilib.

Sürətli üzmək üçün lazım olan boşluğun barmaqların qalınlığının 20-40 faizi arasında olduğu bildirilir.

"Bu, tamamilə gördüklərimizə zidd bir fikirdir, vacib olan barmaqları "qaşıq" əvəzinə, "çəngəl" kimi istifadə etməkdir", - araşdırmanı aparan professor Adrian Beja deyib.

Xəbər lenti

Xəbər lenti