...

Xərçəng xəstəsi olan uşaqlar üçün təsadüfən tapılan möcüzəvi dərman (FOTO)

Maraqlı Materials 20 Avqust 2012 17:15 (UTC +04:00)
Xərçəng xəstəsi olan uşaqların müalicə aldığı xəstəxanaya bir könüllü itini gətirir. O günə qədər ağır müalicə şərtləri səbəbindən həyatdan küsmüş, dərman içmək, həkimlərlə danışmaq belə istəməyən uşaqlar inanılmaz dərəcədə sevinirlər.
Xərçəng xəstəsi olan uşaqlar üçün təsadüfən tapılan möcüzəvi dərman (FOTO)

Azərbaycan, Bakı, 20 avqust /Trend/

Xərçəng xəstəsi olan uşaqların müalicə aldığı xəstəxanaya bir könüllü itini gətirir. O günə qədər ağır müalicə şərtləri səbəbindən həyatdan küsmüş, dərman içmək, həkimlərlə danışmaq belə istəməyən uşaqlar inanılmaz dərəcədə sevinirlər. Bu barədə Trend Türkiyənin "Hürriyət" qəzetinə istinadən xəbər verir.

Uşaqlar yeməklərini yeyib, həkimlərlə danışıblar. Sonra hər çərşənbə xəstəxanaya itlər gəlməyə başlayıb və inanılmaz bir şey olub. İtlərlə oynayan uşaqların adrenalin səviyyəsi yüksəldiyi üçün kimyəvi üsulla müalicənin kənar təsirləri azalmağa başlayıb. Təsadüfən bir dərman tapılıb.

Son beş ildir itlər Ekvadordakı xəstəxanaya ziyarətə gəldikdən sonra statistiklər artıq uşaqların əvəllə müqayisədə kimya terapiyanın kənar təsirlərinə qarşı daha dözümlü olduqlarını müşahidə edirlər.

Xəbər lenti

Xəbər lenti