...

Düşüncə gücü ilə uçan helikopter

Maraqlı Materials 11 Yanvar 2013 11:33 (UTC +04:00)
Dünyanın ən böyük texnologiya sərgisi “CES 2013” bir-birindən maraqlı ixtira və məhsulların nümayiş olunduğu səhnədir.
Düşüncə gücü ilə uçan helikopter

Azərbaycan, Bakı, 11 yanvar /Trend/

Dünyanın ən böyük texnologiya sərgisi "CES 2013" bir-birindən maraqlı ixtira və məhsulların nümayiş olunduğu səhnədir. Bu günlərdə burada sərgilənən düşüncə gücüylə hərəkət edə bilən helikopter dünyanın diqqətini özünə çəkib. Bu barədə Trend Türkiyə mətbuatına istinadən xəbər verir.

"Puzzlebox Orbit" adlı layihə nəhayət ki, reallığa çevrilib. Beyin dalğalarını qəbul edən sensorlar sayəsində əsas uçuş hərəkətlərini həyata keçirməyə qadir olan sözügedən helikopter görənləri özünə heyran qoyub.

Artıq "Puzzlebox Orbit" 189 dollara satışa çıxarılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti