Azərbaycan, Bakı, 13 may /Trend/
Kibercinayətkarların beynəlxalq şəbəkəsi bir neçə saat ərzində dünyanın 27 ölkəsində olan bankomatlardan 45 milyon ABŞ dolları həcmində vəsait oğurlayıb. Bu barədə Trend "Associated Press" istinadən məlumat verir.
ABŞ-da bu işlə bağlı olaraq haker şəbəkəsinin Nyu-York qanadının üzvləri olduğu təxmin edilən yeddi nəfər saxlanılıb. Agentlik vurğulayır ki, bu işin araşdırılmasında 10-dan artıq dövlətin hüquq mühafizə orqanlarının əməkdaşları iştirak ediblər.
CNN telekanalının məlumatına görə, kibercinayətkarlar oğurlanan vəsaitlər hesabına "Rolex" saatı, "Mercedes" və "Porsche" kimi dəbdəbəli əşyalar əldə ediblər.