...

Sərxoş doğulan körpə

Maraqlı Materials 15 May 2013 21:31 (UTC +04:00)
Polşada yeni doğulan körpənin qanında yüksək miqdarda spirtin olduğu təsdiq edilib.
Sərxoş doğulan körpə

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 15 may /Trend/

Polşada yeni doğulan körpənin qanında yüksək miqdarda spirtin olduğu təsdiq edilib.

Trend-in Türkiyə KİV-ə istinadən verdiyi məlumata görə, körpənin qanında 4,4 promil spirt aşkar edilib. Buna səbəb kimi körpənin anasının xeyli miqdarda spirtli içki qəbul etməsi göstərilir.

Məlumata görə, körpənin 24 yaşlı anası xeyli miqdarda spirtli içki qəbul etdiyinə görə xəstəxanaya çatdırlıb. Vaxtından iki həftə əvvəl uşaq dünyaya gətirən ananın qanında 2,6 promil spirt aşkar edilib.

Həkimlərin sözlərinə görə, ananın və onun bətnindəki körpənun həyatı təhlükə altında olub. Keysəriyyə yolu ilə doğulan körpənin vəziyyəti ciddi nəzarət altındadır.

Xəbər lenti

Xəbər lenti