...

Alimlərdən astmatiklərə xəbərdarlıq

Maraqlı Materials 22 Avqust 2013 14:43 (UTC +04:00)
Astmatiklər hərəkətin gur olduğu yollardan, odun sobaları və buxarılardan çəkinməlidirlər. Belə ki, avtomobillərin işlənmiş qazları, odun sobalarının və buxarıların tüstüsü astma xəstəliyinin gedişini ağırlaşdırır.
Alimlərdən astmatiklərə xəbərdarlıq

Azərbaycan, Bakı, 22 avqust /Trend/

Astmatiklər hərəkətin gur olduğu yollardan, odun sobaları və buxarılardan çəkinməlidirlər. Belə ki, avtomobillərin işlənmiş qazları, odun sobalarının və buxarıların tüstüsü astma xəstəliyinin gedişini ağırlaşdırır. Trend-in məlumatına görə, belə bir qənaətə Avstraliyanın Melburn Universitetinin alimləri gəliblər. Tədqiqat bu növdə aparılan ilk araşdırmadır.

Məlum olub ki, işlənmiş qazlarla ciddi çirklənmə astma xəstəliyinin simptomlarını 80 faiz, buxarı və sobaların tüstüsü isə 11 faiz kəskinləşdirir.

Alimlər bildirirlər ki, aparılan tədqiqat risk qrupundan olan insanlar üçün birbaşa göstəriş olmalıdır. Astmatiklər həmişə xatırlamalıdırlar ki, işlənmiş qazlar tənəffüs yollarında iltihabı gücləndirir və astmaya həssas insanlarda allergik reaksiyaya səbəb olur.

Xatırladaq ki, hazırda bütün dünyada 300 milyondan artıq insan astma xəstəliyindən əziyyət çəkir. Bu, ən geniş yayılmış xroniki xəstəliklərdən biridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti