Azərbaycan, Bakı, 8 oktyabr /Trend/
London ətrafında yerləşən Honky Tonk restoranının baş aşpazı üzəri zər, omar və qara kürü ilə bəzədilmiş dünyanın ən bahalı hamburgerini hazırlayıb. Trend xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Telegraph" qəzeti xəbər yayıb.
Dəyəri 1,1 min funt (1370 manat) olan xörəyin hazırlanmasında 220 qram mərmər mal əti vaqyu və 60 qram Yeni Zelandiya maralının ətindən istifadə olunub və 3 həftə ərzində hazırlanıb. O, "Record Setters" konsaltinq şirkəti tərəfindən ən bahalı hamburger kimi dəyərləndirilib.
Bu ləziz təamın tərkibinə, həmçinin bekon, ağcaqayın siropu, bri pendiri, yaşıl çay, hisə verilmiş ördək yumurtaları və İran zəfəranı daxildir. Bulkanın üzərinə ağ trüfel yonqarları səpilib. Yeməyin ümumi qida dəyəri 2,6 min kalori təşkil edir. Bu daha çox böyük insan üçün məsləhət görülən birgünlük dozadır.
Yeni yeməyin yaradıcısı öz kulinariya yaradıcılığını "Qlamburger" adlandırıb.
Onun qiymətinə bəraət qazandırmaq üçün restoran hamburgeri delikateslərdən ibarət İsveç süfrəsinin menyusunda təklif etməyi qərara alıb.