...

İnsanabənzər 100 robotdan rəqs şousu (VİDEO)

Maraqlı Materials 21 Yanvar 2015 16:05 (UTC +04:00)
Yaponiyada insanabənzər 100 robot rəqs şousu göstərib.
İnsanabənzər 100 robotdan rəqs şousu (VİDEO)

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir Məftun Salmanov/

Yaponiyada insanabənzər 100 robot rəqs şousu göstərib. Trend-in çərşənbə günü "Zaman" qəzetinə istinadən verdiyi məlumata əsasən, "Robi" adı ilə dizayn edilən robotların uzunluğu 34 santimetrdir.

Ümumilikdə 3 dəqiqəlik şou göstərən robotların eyni anda hərəkət etmələri maraqlı görüntülər yaradıb.

Robotlar 500 dollardan satışa çıxarılacaq. Onlar 200 yapon sözü bilir və futbol oynayırlar. Robotların hər birinin ağırlığı 1 kilodur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti