...

Robot hotel

Maraqlı Materials 9 Fevral 2015 14:04 (UTC +04:00)
Yaponiyanın Naqasaki prefekturasında bu ilin yayında qeyri-adi hotel açılacaq.
Robot hotel

Azərbaycan, Bakı, 9 fevral /Trend, müxbir Məftun Salmanov/

Yaponiyanın Naqasaki prefekturasında bu ilin yayında qeyri-adi hotel açılacaq.

Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, yeni "Henn-na Hotel"-in ən azı 10 əməkdaşı müxtəlif modelli robotlar olacaq.

Qeydiyyat bölməsində ziyarətçiləri xarici görünüşü qıza bənzəyən üç robot qarşılayacaq. Həmin robotlar həmsöhbətlərlə ünsiyyət saxlaya və "bədən dili"nə reaksiya verə bilirlər. Yükün otağa çatdırılması ilə sənaye robotları məşğul olacaqlar.

Digər "ağıllı" maşınlar isə kofe hazırlanması, təmizlik işlərini üzərlərinə götürəcəklər. 72 otaqdan ibarət hotel ilkin olaraq robotlara kömək göstərmək məqsədilə 10 nəfəri işə götürəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti