...

Aeroportda yaşayan ər-arvad (FOTO)

Maraqlı Materials 9 Fevral 2015 15:04 (UTC +04:00)
İngiltərədə maddi çatışmazlıq səbəbindən evlərini itirdikdən sonra aeroportda yaşayan cütlüyə ianələrin ardı arası kəsilmir.
Aeroportda yaşayan ər-arvad (FOTO)

Azərbaycan, Bakı, 9 fevral /Trend, müxbir Məftun Salmanov/

İngiltərədə maddi çatışmazlıq səbəbindən evlərini itirdikdən sonra aeroportda yaşayan cütlüyə ianələrin ardı arası kəsilmir.

Trend-in bazar ertəsi "Türkiyə" qəzetinə istinadən verdiyi məlumata əsasən, Katrina Smit (62 yaş) və Alan Leyn (71 yaş) Dorset şəhərindəki evlərini itirdikdən sonra Londonun "Heathrow" hava limanına yerləşiblər.

Onların acı hekayəsi dünya mətbuatında yayıldıqdan sonra minlərlə insan cütlüyü evlərinə yaşamağa dəvət edib.

Bundan başqa, 28 ildir ailəli olan cütlüyə yardım etmək məqsədilə internet vasitəsilə pul toplamaq kampaniyasına başlanılıb.

Kampaniya çərçivəsində 24 saat ərzində minlərlə funt-sterlinq pul göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti