...

Edam ediləcək qadının son istəyi hamını təəccübləndirdi

Maraqlı Materials 23 Fevral 2015 17:14 (UTC +04:00)
Ərini 1997-ci ildə öldürməkdə günahlandırılan K.R.Gissendaner ştatda son 70 ildə edam ediləcək ilk qadın olacaq.
Edam ediləcək qadının son istəyi hamını təəccübləndirdi

Azərbaycan, Bakı, 23 fevral /Trend, müxbir Məftun Salmanov/

ABŞ-ın Corciya ştatında gələn həftə edam ediləcək qadının istəyi hamını təəccübləndirib.

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, zəhərli iynə ilə edam ediləcək 46 yaşlı Kelli Rene Gissendanerin son istəyi geniş hamburger menyusu olub.

O, uzun siyahıdan ibarət menyunu həbsxana rəhbərliyinə təqdim edib. Menyuda iki böyük pendirli hamburger, kartof qızartması, salat, qovrulmuş qarğıdalı, pomidor, qızardılmış soğan və yumurta, süd, limonad və vanilli dondurma var.

Ərini 1997-ci ildə öldürməkdə günahlandırılan K.R.Gissendaner ştatda son 70 ildə edam ediləcək ilk qadın olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti