Azərbaycan, Bakı, 2 aprel /Trend/
Tailandın Pattayya şəhərində saxlanılmış Rusiya vətəndaşı polisi dişləyib və qaçmaq istəyib.
Trend-in RİA Novosti agentliyinə verdiyi məlumata görə, hadisə polislərin yerli hotellərin birininin qarşısında yatmış Rusiya vətandaşını avtomobilə əyləşdirmək istədiyi zaman baş verib.
Polislər avtomobilə minəndən sonra həmin şəxs onlardan birini dişləyib və avtomobili tərk etməyə cəhd göstərib, ancaq polislər onu saxlayıblar.
Bir müddət sonra Rusiya vətəndaşı azadlığa buraxılıb.