...

Şirin şəklini çəkmək istədi, həyatını itirdi (FOTO)

Maraqlı Materials 3 İyun 2015 06:02 (UTC +04:00)
ABŞ-dan olan bir turist qadın Cənubi Afrikada Şir parkında şirin hücumuna məruz qalıb.
Şirin şəklini çəkmək istədi, həyatını itirdi (FOTO)

Azərbaycan, Bakı, 3 iyun /Trend /

ABŞ-dan olan bir turist qadın Cənubi Afrikada Şir parkında şirin hücumuna məruz qalıb.

Trend xarici KİV-lərə istinadən xbər verir ki, bədbəxt hadisə parkda tur zamanı baş verib. Belə ki, qadın şirlərin olduğu parkda xüsusi qorunan avtomobillə hərəkət edərkən şirlərin şəklini çəkmək üçün avtomobilin pəncərəsini açıq qoyub.

Bu zaman şir avtomobilə bir metrə qədər yaxınlaşıb. Buna baxmayaraq qadın yenə də şirin şəklini çəkməkdə davam edib və bu zaman şir qəfil anda qadına hücum edib. Park işçiləri qadını şirin pəncəsindən qurtarsa da, o, ciddi xəsarətlər alıb.

Hadisə yerinə dərhal təcili tibbi yardım çağrılıb, lakin qadın aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti