...

Dünyada robot bazarı genişlənir

Maraqlı Materials 22 Avqust 2015 06:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 avqust /Trend/

"Grand View Research" təşkilatının proqnozuna görə, 2020-ci ilədək qlobal sənaye robotları bazarının həcmi 40 milyard dollara çatacaq.

Trend "Reuters" agentliyinə istinadla xəbər verir ki, hazırda Çində robot bazarının həcmi ildə 9,5 milyard dollara çatır. Əgər müvafiq proqram təminatı, periferiya və mühəndis xidmətlərini də bu seqmentə daxil edilsə, o zaman bu məbləğ 29 milyard dollar təşkil edir.

Çin hələ ki, bu sahədə birinci pillədə deyil. İndi ölkədə hər 10 min işçiyə yalnız 30 robot (Koreya Respublikasında 437, Yaponiyada 323, Almaniyada 282 və ABŞ-da 152) düşür. Dünyada isə hər 10 min işçiyə orta hesabla 62 robot düşür ki, bu da Çinin göstəricisindən təxminən 2 dəfə yüksəkdir. Bununla belə, 2017-ci ildə Çində dünyanın istənilən başqa ölkəsi ilə müqayisədə daha çox sənaye robotu olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti