...

"Facebook"un atası" ata oldu

Maraqlı Materials 2 Dekabr 2015 13:16 (UTC +04:00)

Bakı. Trend:

"Facebook" sosial şəbəkəsinin qurucusu Mark Zukerberq rəsmi "Facebook" akkauntundan ata olduğunu açıqlayıb.

Trend-in Türkiyənin "NTV" telekanalına istinadən verdiyi məlumata görə, M.Zukerberqin həyat yoldaşı Prissilla Çan ötən gün qız uşağı dünyaya gətirib.

M.Zukerberq bununla bağlı yazıb: "Mən və Prissila qızımıza xoş gəldin deməkdən çox xoşbəxtik".

Bu xoş xəbərdən sonra cütlük sahib olduqları 45 milyard dollar dəyərindəki "Facebook" səhmlərinin 99 faizini xeyriyyə işləri məqsədilə yaradacaqları "Çan Zukerberq Fondu" üçün xərcləyəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti