...

Almaniyada qaçqınlar üçün smartfon proqramı hazırlanıb

Maraqlı Materials 5 Fevral 2016 16:01
Almaniyada qaçqınlara kömək edəcək smartfonlar üçün xüsusi proqram hazırlanıb.
Almaniyada qaçqınlar üçün smartfon proqramı hazırlanıb

Trend-i buradan izləyin

Bakı. Elçin Hüseynov - Trend:

Almaniyada qaçqınlara kömək edəcək smartfonlar üçün xüsusi proqram hazırlanıb. Trend RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Almaniyanın Miqrasiya və Qaçqınlar üzrə Federal Agentliyi məlumat yayıb.

"Ankommen-app" adlı proqram Almaniyada qaçqın statusu almaq üçün ərizənin tərtib edilməsi qaydaları, işə düzəlmə yolları, ölkədə həyatını necə qurmaq kimi məlumatları özündə əks etdirir. Həmçinin bu proqram vasitəsilə onlayn alman dili kurslarına yiyələnmək mümkündür.

Artıq təqribən 70 min dəfə yüklənən proqram ərəb, ingilis, fars, fransız və alman dillərində mövcuddur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti