Fransada orta əsrlərə aid müsəlman məzarları aşkarlanıb (FOTO)

Maraqlı Materials 25 Fevral 2016 12:44 (UTC +04:00)

Bakı. Elçin Hüseynov - Trend:

Antropoloqlar Fransada orta əsrlərə aid müsəlman məzarlarını aşkarlayıblar. Trend "EurekAlert" portalına istinadən xəbər verir ki, müəlliflər tədqiqatların nəticələrini Fransanın "PLoS ONE" jurnalında dərc ediblər.

Alimlər VIII əsrə aid və Fransanın cənubunda yerləşən Nim şəhərindəki 3 məzar üzərində tədqiqatlar aparıblar. Onlar dəfn üsullarının tədqiqatlarını aparıblar, genetik analizlər keçirilib, ölənlərin cinsi mənsubiyyəti və yaşları müəyyən edilib.

Genetik analizlərə əsasən, VII-IX əsrlərdə dəfn olunanlar Simali Afrika əsillidirlər. Alimlər hesab edirlər ki, sümüklər Əməvilər sülaləsinə (Dəməşq xilafətində 661-ci ildə hakimiyyətə gəliblər) aiddir.

Tapıntılar ərəblərin Qərbi Avropada yerləşmələrinin ilk dəlili hesab olunur.

Fransanın Nim şəhəri Aralıq dənizinin sahillindən 36 kilometr məsafədə yerləşir. Şəhər eradan əvvəl 121-ci ildə yaranıb. VIII əsrdə ərəblər tərəfindən qısa bir zamanda istila edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti