...

Bu gün dünya Qızlar Gününü qeyd edir

Maraqlı Materials 11 Oktyabr 2016 15:22 (UTC +04:00)

Bakı. Trend:

Bu gün dünya Qızlar Gününü qeyd edir.

Trend-in məlumatına görə, Dünya Qız Uşaqları Günü 2011-ci ilin dekabr ayında Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilib və hər il oktyabr ayının 11-də qeyd olunur. Əvvəlcə, Türkiyə, Kanada Peru tərəfindən qəbul edilən bu gün getdikcə digər dünya ölkələri tərəfindən də qeyd edilməkdədir.

Dünya Qız Uşaqları Gününün məqsədi qız və oğlan uşaqları arasında davam edən ayrı-seçkiliyə diqqət cəlb etmək və bunun qarşısını almağa təşviq etməkdir. 2012-ci ildə başlanılan bu hərəkatın ilk deviziı "uşaq nikahları" olmuşdur. 2013-ci ilin əsas mövzusu isə BMT tərəfindən "təhsil" kimi müəyyənləşdirilib.

BMT ən nüfuzlu beynəlxalq missiya kimi uşaqlara qarşı ayrı-seçkiliyin bariz şəkildə müşahidə edildiyi təhsil, qidalanma, səhiyyə, şiddət və s. bu kimi sahələrdə müvafiq qurumlar və qeyri-hökumət təşkilatlarının səylərini istiqamətləndirərək qız uşaqlarının həyatı üçün fərqlilik yaratmağa təşviq edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti