Azərbaycan, Bakı / Trend , müxbir E.Huseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 23-də saat 07.30-dan 08.00-dək, saat 15.50-dən 16.55-dək və saat 22.15-dən 23.15-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndində yerləşən mövqelərdən, saat 23.20-dən 23.30-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən, sentyabrın 24-də saat 00.00-dan 00.22-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndində yerləşən mövqelərdən, saat 00.45-dən 00.55-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 01.25-dən 01.35-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Bütün hallarda cavab atəşilə düşmən susdurulub. İtki yoxdur.