...

Azərbaycan Milli Ordusunun zabiti həlak olub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Oktyabr 2007 13:20 (UTC +04:00)
Azərbaycan Milli Ordusunun zabiti həlak olub

Azərbaycan, Bərdə/ Trend müxbir Ş.Cəliloğlu/ Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Milli Ordusunun daha bir zabiti həlak olub. Trend in bölgə müxbirinin məlumatına görə, oktyabrın 5-i axşam saatlarında paytaxt Bakıdan 365 kilometr cənub-qərbdə yerləşən Ağdam rayonu istiqamətində atəşkəsin pozulması nəticəsində zabit Dünhəsən Əlixan oğlu Məlikov şəhid olub.

Məlikov Şamaxı rayon Hərbi Komissarlığından çağırılıb.

Azərbaycan Müdafiə Nazirliyindən məlumatla bağlı açıqlama verilməyib.

Xəbər lenti

Xəbər lenti