...

Çexiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının tərəfdarıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Noyabr 2007 12:43 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir K.Ramazanova/ Çexiya Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının tərəfdarıdır. Bunu cümə axşamı jurnalistlərə Azərbaycanda səfərdə olan Çexiya xarici işlər nazirinin müavini Tomas Polar bildirib.

"Biz Dağlıq Qarabağ məsələsi ilə tanışıq və münaqişənin sülh yolu ilə nizamlanmasının tərəfdarıyıq" - deyə Polar söyləyib.

O, həmçinin qeyd edib ki, onun səfəri Çexiya nümayəndə heyətinin Azərbaycana yüksək səviyyədə ilk rəsmi səfəridir. Görüşlər zamanı o, Azərbaycanın NATO və Avropa İttifaqı ilə qarşılıqlı əlaqələrini müzakirə edəcək və Çexiyanın bir neçə nazirinin Azərbaycana səfərinin təşkil olunması barədə danışıqlar aparacaq. O, həmçinin iqtisadi məsələlər və qaz sahəsindəki layihələr barədə müzakirələr aparacaq.

Xəbər lenti

Xəbər lenti