...

Azərbaycanın Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Noyabr 2007 12:34 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 16-da saat 20.55-dən noyabrın 17-i saat 01.30-dək fasilələrlə Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Qaraxanbəyli, Aşağı Seyidəhmədli və Qərvənd kəndlərinin yaxınlığında yerləşən mövqelərdən, saat 23.50-dən noyabrın 17-i saat 04.55-dək fasilələrlə Tərtər rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Çiləbürt kəndinin yaxınlığında yerləşən mövqelərdən, noyabrın 17-i saat 00.05-dən 01.30-dək Ağdam rayonunun Tağıbəyli və Cəvahirli kəndlərinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə şənbə günü Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda cavab atəşilə düşmən susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti