...

ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsi tərəflərinin məsuliyyətdən mümkün qaçma cəhdlərinin qarşısını almağa can atır – nazir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Noyabr 2007 16:34 (UTC +04:00)
ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsi tərəflərinin məsuliyyətdən mümkün qaçma cəhdlərinin qarşısını almağa can atır –  nazir

İspaniya,Madrid / Trend , müxbir S.Ağayeva/ Gələcəkdə məsuliyyətdən mümkün qaçma cəhdlərinin qarşısını almaq məqsədilə, Azərbaycan və Ermənistana, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə yazılı təklif təqdim olunub. Bu barədə cümə axşamı Madriddə Trend in xüsusi müxbirinə Azərbaycanın xarici işlər nazir Elmar Məmmədyarov məlumat verib.

ATƏT-in Minsk qrupunun həmsədrləri bu gün Azərbaycan və Ermənistana Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə yazılı təklif təqdim ediblər . Zərfə 10 təklif daxildir.

Sənəd cümə axşamı Madriddə Azərbaycanın xarici işlər naziri Məmmədyarovun Ermənistanın xarici işlər naziri Vardan Oskanyanla görüşü zamanı ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, ABŞ Dövlət katibinin beynəlxalq məsələlər üzrə köməkçisi Nikolos Bern tərəfindən təqdim olunub.

"Təkliflər hər iki ölkədə keçiriləcək prezident seçkisindən sonra danışıqların gələcəkdə davamlılığını təmin etmək üçün yazılı tərtib olunub" - deyə Məmmədyarov bildirib.

Azərbaycan və Ermənistanda prezident seçkiləri 2008-ci ilə planlaşdırılıb. Nazirin sözlərinə görə, tərəflər Minsk qrupunun təklifləri ilə artıq tanışdır, hansı ki, artıq üç ildir ki, müzakirə olunur və "Heç bir yenilik yoxdur".

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti