Azərbaycan, Baku, 24 yanvar / Trend , müxbir K.Zərbalıyeva / Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, cümə günü Azərbaycan tərəfi əsir götürülən Ermənistan əsgərini geri qaytaracaq. Bu barədə cümə axşamı "ARKA" məlumat verib.
Ermənistan əsgəri Ambartsum Asatryan 2007-ci il avqustun 4-dən Azərbaycan əsirliyindədir.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib ki, Azərbaycan tərəfinin erməni əsgəri Asatryanın geri qaytarması yanvarın 25-də yerli vaxtla 13.00-da iki ölkənin İcəvan-Qazax rayonundakı Silahlı qüvvələrinin təmas xəttində baş tutacaq.
Cümə axşamı Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidməti Trend ə hələlik bu məlumatı təsdiqləmədiklərini bildirib.
Əvvəlcə Azərbaycanın Müdafiə Nazirliyinin və Azərbaycanın Hərbi Əsir, İtkin Düşmüş və Girovlarla iş üzrə Dövlət Komissiyasının yaydığı məlumata görə, Asatryan Ermənistana dönmək istəməyərək, üçüncü ölkədə sığıncaq verilməsini diləyib.