...

Dağlıq Qarabağ problemini mümkün olduqca tez həll etmək lazımdır – ABŞ senatoru (video)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Fevral 2008 17:33 (UTC +04:00)
Dağlıq Qarabağ problemini mümkün olduqca tez həll etmək lazımdır – ABŞ senatoru (video)

Azərbaycan, Bakı, 20 fevral/ Trend , müxbir K. Ramazanova/ Dağlıq Qarabağ problemini mümkün olduqca tez həll etmək lazımdır. Bu barədə çərşənbə günü Bakıda ABŞ-ın respublikaçı senatoru Sem Braunbek bildirib.

"Bu, regiondakı stabillik üçün vacibdir", - Azərbaycanın Diplomatiya Akademiyasının tələbələri qarşısında çıxış edən Braunbek bildirib.

O, Kosovonun müstəqilliyinin tanınmasının Dağlıq Qarabağ üçün presedent ola bilməyəcəyini qeyd edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti