...

Azərbaycan Ermənistan işğalı dayandırdıqdan sonra Dağlıq Qarabağ erməniləri və azərbaycanlıları ilə danışıqlara başlayacaq – nazir müavini (video)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Fevral 2008 12:44 (UTC +04:00)
Azərbaycan Ermənistan işğalı dayandırdıqdan sonra Dağlıq Qarabağ erməniləri və azərbaycanlıları ilə danışıqlara başlayacaq – nazir müavini (video)

Azərbaycan, Bakı, 28 fevral / " , müxbir K.Ramazanova/ Rəsmi Bakı hesab edir ki, Azərbaycan və Ermənistan arasında aparılan danışıqlarda Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasının iştirakı barədə danışımaq hələ tezdir.

"Bu münaqişəni fərqləndirən cəhət odur ki, bir dövlət digər dövlətin ərazisini işğal edib. İlk növbədə işğalı dayandırmaq və torpaqları geri qaytarmaq lazımdır" - deyə cümə axşamı Bakıda jurnalistlərə Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov bildirib.

Onun sözlərinə görə, Azərbaycan yalnız işğalın dayandırılmasından sonra "Dağlıq Qarabağda yaşayan ermənilər və Qarabağa qayıtmalı olan azərbaycanlılarla danışıqları başlamağa hazır olacaq".

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qruppu həmsədrləri aprel ayında Azərbaycan və Ermənistana səfər edəcəklər. İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti