...

NATO nümayəndəsi Azərbaycan və Ermənistan arasında atəşkəs rejiminin pozulmasını ciddi insident adlandırıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Mart 2008 14:34 (UTC +04:00)
NATO nümayəndəsi Azərbaycan və Ermənistan arasında atəşkəs rejiminin pozulmasını ciddi insident adlandırıb

Azərbaycan, Bakı, 07 mart / " , müxbir K.Ramazanova/ NATO qoşunların təmas xəttində atəşkəs rejiminin pozulması ilə əlaqədar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yenidən başlayacağından narahatdır. Bu barədə cümə günü jurnalistlərə NATO-nun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Robert Simons bildirib.

"Biz atəşkəs rejiminin pozulmasından narahatıq və bu son illər ərzində qeydə alınan daha ciddi insidentlərdən biridir" - deyə Simons vurğulayıb.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Ermənistan Azərbaycanın 20 faiz torpaqlarını, o cümlədən erməni icmasının da kompakt yaşadığı Dağlıq Qarabağ regionunu işğal edib. Təsdiq olunmamış məlumatlara görə, münaqişə nəticəsində hər iki tərəfdən 25 mindən çox insal həlak olub. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki nəticəsiz sülh danışıqları aparılır.

Mart ayının 4-dən Azərbaycanın işğal olunmuş ərazilərindən bir neçə istiqamətdə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində atəşkəs rejimi pozulub. Hər iki tərəfdən ölən və yaralananlar var

Simonsun sözlərinə görə, NATO bu hadisələrin Minsk qrupu çərçivəsində aparılan danışıqlarda mənfi əks olunmayacağına və gələcəkdə təkrarlanmayacağına ümid edir.

O həmçinin əlavə edib ki, NATO Yerevanda baş verən hadisələrdən də narahatdır və vəziyyəti izləyir.

Xəbər lenti

Xəbər lenti