...

İki erməni dövlətinin yaradılması mümkün deyil – Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Aprel 2008 14:55 (UTC +04:00)
İki erməni dövlətinin yaradılması mümkün deyil – Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri

Azərbaycan, Bakı, 24 aprel/ Trend , müxbir S.Ağayeva/ İki erməni dövlətinin yaradılması mümkün deyil və Ermənistan-Azərbaycan münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Nuriyev cümə axşamı Almatıda başlayan VII Avrasiya Media Forumunda belə bəyanatla çıxış edib.

Nuriyev ikinci "Separatçılıq və öz müqəddəratını təyin etmək hüququ" sessiyasında Kosovo problemi üzrə konkret mövqe ilə çıxış edib və bildirib ki, Azərbaycan Kosovonun müstəqilliyini tanımır və hesab edir ki, Kosovo nizamlanma modeli digər münaqişələrin, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün presedent ola bilməz.

Mərkəz rəhbəri Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq çərçivəsində həll edilməli olduğunu bildirib.

Onun çıxışı digər konfrans iştirakçılarının, Rusiya, Qazaxıstan nümayəndələrinin dəstəyini qazanıb. Onlar vurğulayıblar ki, münaqişə beynəlxalq hüquq və normaları pozur, separatçılıq isə təhlükəli təzahür kimi bütün ölkələr üçün daha böyük və ciddi nəticələrə gətirə bilər. Bu barədə Nuriyev cümə axşamı Astanadan telefonla Trend -a məlumat verib.

İkigünlük forumda yeni qlobal qarşıdurmanın kəskinləşməsi ilə əlaqədar lider dövlətlərin rəhbərlərinin qarşılıqlı münasibətləri, Yaxın Şərqdə, Cənubi Qafqazda, Mərkəzi Asiyada və Balkanlarda münaqişə edən tərəflərin kompromis əldə etmələri ilə bağlı problemlər müzakirə ediləcək.

Avrasiya Forumu hər il dünyanın 60 ölkəsindən 400-dən çox nümayəndə toplayır. Forumun əsas məqsədi iştirakçılara başqa sivilizasiyanı, başqa mədəniyyəti, reallıq və perspekitivin fərqli başa düşülmə formasını təmsil edən fikirləri eşitmək və dərk etmək imkanı yaratmaqdır.

Forumun işində məşhur politoloqlar, beynəlxalq ekspertlər iştirak edirlər. Onların arasında milli təhlükəsizlik məsələləri üzrə ABŞ prezidentinin keçmiş məsləhətçisi Zbiqnev Djezinski , Rusiyadan Effektli siyasət Fondunun prezidenti Qleb Pavlovski, ABŞ-dan İrs Fondunun Rusiya və Avrasiya məsələləri üzrə proqramının rəhbəri Ariel Koen, beynəlxalq və regional siyasətin problemlərini öyrənən digər məşhur ekspertlər, mütəxəssislər iştirak edirlər.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti