...

Azərbaycanın mülki şəxsi Ermənistan tərəfinə keçib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Avqust 2008 19:04 (UTC +04:00)

Azərbaycan, Şəki, 9 avqust / Trend , müxbir E.Quliyev/ Azərbaycanın mülki şəxsi Qazax rayonundan sərhədi keçərək Ermənistan Silahlı Qüvvələri tərəfinə keçib.

Trend -un məlumatına görə, Qəbələ rayonunun Zalam kənd sakini Arzu Eyyubovun hansı şəraitdə sərhədi keçməsi məlum deyil. Onun qardaşı Maarif Eyyubovun sözlərinə görə, o, dəfələrlə ruhi əsəb xəstxanasında müalicə alıb. Qardaşı həmçinin, Arzu Eyyubovun dəfələrlə evdən getdiyini və uzun müddət evə gəlmədiyini, sonuncu dəfə isə 5 ay bundan qabaq evdən çıxdığını bildirib. Arzu Eyyubovun erməni tərəfinə keçməsi haqqında məlumatı ailə üzvlərinə bu gün Qazax rayon Hərbi Prokurorluğundan verilib.

Atası Nürəddin Eyyubov da oğlu haqqında bütün məlumatları Qazax rayon Hərbi Prokurorluğundan alındığını bildirdi. Maarif Eyyubov onu da qeyd etdi ki, indiyə kimi Arzu Eyyubov barəsində Beynəlxalq Qırmızı Xaç Komitəsindən məlumat verən olmayıb.

Ailə üzvləri Arzu Eyyubovun 1994-1997 ci illərdə hərbi xidmətdə olduğu müddət ərzində onda psixi posuntular əmələ gəldiyini deyir. Hərbi xidmətdən gələndən sonra Arzu Eyyubovun xəstəliyi get-gedə pisləşdiyindən, onu ruhi əsəb xəstəxanasına yerləşdiriblər. Arzu Eyyubov hərbi xidməti Tərtər rayonunda 1994-1997-ci illərdə edib.

Qəbələ respublikanın şimal-qərbində paytaxtdan 290 km məsafədə yerləşir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti