Azərbaycan, Bakı, 14 avqust/ Trend , müxbir C.Babayeva/ Cari ilin fevralında erməni hərbçiləri tərəfindən girov götürülən Azərbaycan vətəndaşı, Qəbələ rayonun Zalam kənd sakini ,1975- ci il təvəllüdlü Arzu Eyyubov bu gün azad edilib. Bu barədə Trend -a cümə axşamı, Əsir və itkin d üşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat veriblər.
Dövlət Komissiyasının məlumatına əsasən, Eyyubov Qazax rayonunun Bala Cəfərli kəndi istiqamətində, qoşunların təmas xəttində girovluqdan azad edilib.
"Girovun səhhəti normaldır. Onun azad olunması prosesi Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə keçib", - məlumatda bildirilir.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]