...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri yenidən atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Sentyabr 2008 10:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 sentyabr / Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 7-də saat 18.45-dən 18.50-dək və sentyabrın 8-də saat 04.20-dan 04.35-dək Ermənistan Respublikası Noyanberyan və Berd rayonlarının Voskepar, Çinari kəndləri ərazisindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Əskipara və Tovuz rayonun Koxa Nəbi kəndləri ərazisində yerləşən mövqelərini, sentyabrın 7-də saat 19.12-dən 19.17-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda düşmən cavab atəşilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti