...

Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması üzrə növbəti danışıqlar Nyu-Yorkda keçiriləcək – Minsk Qrupunun rusiyalı həmsədri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Sentyabr 2008 14:22 (UTC +04:00)
Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması üzrə növbəti danışıqlar Nyu-Yorkda keçiriləcək – Minsk Qrupunun rusiyalı həmsədri

Azərbaycan, Bakı, 10 sentyabr / Trend , müxbir R.Novruzov/ Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbəndyan sentyabrda Nyu-Yorkda görüşə bilərlər.

"Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü, təxminən BMT Baş Assambleyasının 63-cü sessiyasında iştirak çərçivəsində keçirilə bilər", - deyə Trend -a çərşənbə günü Moskvadan telefonla ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov bildirib.

BMT Baş Assambleyasının 63-cü sessiyası sentyabrın 16-da keçiriləcək.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994 -cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.

Azərbaycanın xarici işlər naziri Məmmədyarov bir müddət əvvəl jurnalistlərə ATƏT-in Minsk Qrupu həmsədrlərindən ermənistanlı həmkarı Nalbəndyan ilə görüş barədə təklif gözlədiyini bildirmişdi.

ATƏT-in Minsk Qrupu həmsədrlərinin 2007-ci ilin noyabrında Madriddə tərəflərə verdiyi təkliflər danışıqlar masasındadır, Ermənistan və Azərbaycan prezidentləri iyunda Sankt-Peterburqda xarici işlər nazirlərinə bu təkliflər çərçivəsində müzakirələri davam etdirmək barədə göstəriş veriblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend

Xəbər lenti

Xəbər lenti