...

Helsinkidə Dağlıq Qarabağ münaqişəsilə bağlı yekun qərarın verilməsi çətin baş versin - ATƏT-in fəaliyyətdə olan sədri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Dekabr 2008 02:55 (UTC +04:00)

Finlandiya, Helsinki, 4 dekabr/ Trend , müxbir E.Qusatinskaya/ "Yaxşı iş görülüb, bu il müəyyən tərəqqiyyə nail olunub, və mən inanıram ki, gələcəkdə Dağlıq Qarabağ münaqişəsi öz həllini tapacaq. Lakin sabah Helsinkidə yekun qərarın tapılması çətin baş versin", çərşənbə günü Helsinkidə mətbut konfransı keçirən ATƏT-in fəaliyyətdə olan sədri Aleksandr Stubb bildirib.

Dekabrın 4-də Finlandiyada Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının XVI-cı xarici işlər nazirləri Şurası öz işinə başlayır. Tdbirdə 50 ölkənin XİN başçıları, nümayəndə heyyətlərinin 1200 üzvü və 2500-dən artıq jurnalist iştirak edəcək.

Stubb, Minsk qrupunun işini yüksək qiymətləndirib və onu "Dağlıq Qarabağ probleminin həllində ən uyğun format olduğunu bildirib".

Stubbun sözlərinə görə, Helsinkidə keçirilən sammitdə əsas mövzulardan biri keçmiş Sevet İttifaqı məkanında dondurulmuş münaqişələrin - Cənubi Osetiya, Abxaziya, Dağlıq Qarabağ müzakirəsi olacaq. "Baxmayaraq ki, ATƏT bu yay Gürcüsanda baş verən müharibənin vaxtı vaxtında qarşısını ala bilməyib, Cənubi Osetiyada, Dağlıq Qarabağda və Prednestrovyada dondurulmuş münaqişələrin həllini autsorsinqə vermək olmaz", - ATƏT-in sədri bildirib.

"Bu gün konsensusa nail olmaq daha asandır, nəinki bir qədər əvət səsavür etdiyimiz kimi", - deyə o etiraf edib.

Çərşənbə günü Helsinkidə birinci tədbirlə baş tutdu. Finlandiyada Azərbaycanın və Ermənistannı xarici işlər nazirləri - Elmar Məmmədyarov və Edvard Nalbadnyan görüşüblər, Məmmədyarovun həmçinin Minsk qrupunun həmsədrləri - Yuri Merzlyakov (Rusiya), Metyu Brayza (ABŞ) və Bernar Fasye (Fransa) və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişikinən görüşü keçirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti