...

Yaxın aylar ərzində Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində ciddi irəliləyişlər gözləmək olar - amerikalı həmsədr

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Mart 2009 23:45 (UTC +04:00)
Yaxın aylar ərzində Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində ciddi irəliləyişlər gözləmək olar - amerikalı həmsədr

Azərbaycan, Bakı, 26 mart / Trend müxbir E.Tarıverdiyeva/

Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda ciddi irəliləyişlər gözləmək olar.

"Tərəflər arasında [Azərbaycan və Ermənistan - Trend ] kifayət qədər etibar var. Yaxın aylar ərzində Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda ciddi irəliləyişlər gözləmək olar", - cümə axşamı Bakıda Minsk qrupunun amerikalı həmsədri Metyu Brazya Trend -un müxbirinə deyib.

Amerikalı həmsədr deyib ki, bu gün Bakıda Xarici işlər naziri Elmar Məmmədyarov və Xarici işlər nazirinin müavini Araz Əzimovla Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ilə bağlı səmərəli görüşlər keçirib.

"Azərbaycan və Ermənistan prezidentləri arasında növbəti görüş Praqada mayın 7-də, və ya görüş Brüsselə keçirilərsə orada baş tutacaq. ATƏT-in Minsk qrupunun həmsədrləri Bakıya növbəti bir neçə gün ərzində qayıdacaqlar", - deyə Brayza bildirdi.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər və о vaхtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya,  Fransa вə ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti