...

Ermənistan-Türkiyə münasibətlərinin normallaşması Qafqazda yeni və müsbət dinamika yaradacaq – ABŞ Dövlət Katibi köməkçisinin müavini

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Aprel 2009 11:47 (UTC +04:00)
Ermənistan-Türkiyə münasibətlərinin normallaşması Qafqazda yeni və müsbət dinamika yaradacaq – ABŞ Dövlət Katibi köməkçisinin müavini

Azərbaycan, Bakı, 02 aprel / Trend , müxbir E.Tariverdiyeva /

ABŞ Dövlət Katibi köməkçisinin müavini Metyu Brayza bu gün axşam Bakıya gələcək. Səfər zamanı münasibətlərin normallaşdırılmasına dair Ermənistan-Türkiyə sazişinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə təsir perspektivlərinin müzakirə edilməsi planlaşdırılır. Bu barədə Trend -a Vaşinqtondan telefonla ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza bildirib.  

"Ermənistan və Türkiyə münasibətlərinin normallaşması regionda yeni və müsbət dinamika yaradacaq", - deyə o vurğulayıb.

Türkiyə və Ermənistan hələ 1993-cü ildə pozulmuş münasibətləri normallaşdırmağa çalışır. Türkiyə prezidenti Abdulla Gül 2008-ci il sentyabrın 6-da Avropa Çempionatının qrup mərhələsi çərçivəsində Ermənistan ilə Türkiyə yığma komandaları arasında keçirilən futbol oyununu birgə izləmək üçün Yerevana səfər etməyə dair Ermənistan prezidenti Serj Sarkisyanın təklifini qəbul edib.

Bu səfərdən sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün diplomatik səylər davam etdrilir.

1993-cü ildə Ermənistan ilə Türkiyə arasında dimlomatik münasibətlərin pozulmasına Ermənistan tərəfinin qondarma "soyqrım"ın tanınmasına iddia etməsi ilə bağlı çevirdiyi antitürk kampaniyası, Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi və Türkiyə Anadolusu ilə bağlı ərazi iddilaları irəli sürməsi səbəb olub.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994 -cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki, nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti