...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri müxtəlif istiqamətlərdə atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 İyun 2009 10:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 iyun / Trend , müxnir K.Zərbalıyeva /

Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 3-də saat 21.50-dən 22.05-dək Ermənistan Respubliksının İcevan rayonunun adsız yüksəkliklərində yerləşən mövqelərindən Qazax rayonunun ərazisində yerləşən adsız yüksəkliklərində yerləşən mövqelərimizi, saat 17.30-dan 18.10-dək Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərdən, iyunun 4-də saat 01.10-dan 01.25-dək Ağdam rayonunun Mirzəli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda düşmən cavab atəşilə susdurulub.
İtki yoxdur.

Məqalə müəllifi ilə əlaqə: [email protected]

Xəbər lenti

Xəbər lenti