...

Azərbaycan və Ermənistan prezidentləri yenidən görüşməyə hazırlaşırlar – amerikalı həmsədr

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 İyun 2009 21:00 (UTC +04:00)
Azərbaycan və Ermənistan prezidentləri yenidən görüşməyə hazırlaşırlar – amerikalı həmsədr

Azərbaycan, Bakı, 04 iyun / Trend , müxbir E.Tariverdiyeva /

Azərbaycan və Ermənistan prezidentləri yenidən görüşməyə hazırlaşırlar, bu barədə Trend -a Sankt-Peterburqdan telefonla amerikalı həmsədr Metyu Brayzer bildirib. 

"Mənim fikrimcə, prezidentlər bir daha görüşməyə hazırlaşır, lakin görüşün tarixini dəqiq deyə bilmərəm, bu onların qrafikindən asılıdır", - deyə Brayza bildirib.

Bu gün Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib.  

Bu, Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında Qarabağdakı vəziyyətin nizamlanması barədə yüksək səviyyədə keçirilən beşinci görüşdür.Ötən görüş Praqada iyunun 7-də keçirilmişdi. İlk görüş ötən il iyun ayında Sankt-Peterburqda, ikinci görüş ötən il noyabr ayında Moskvada, üçüncü isə bu il yanvarın 28-də Sürixdə keçirilib.

"Görüş konstruktiv olub, demək olar ki, irəliləyiş var", - deyə Brayza bildirib.

"Prezidentlər həmsədrlərdən təkliflərini hazırlamağı istəyib, bunun dönüş anı olmağını deyə bilmərəm, biz işləri davam etdiririk", - deyə Brayza bildirib.

Onun fikrincə, görüş konstruktiv ab-havada keçirilib. "Heç bir sənəd imzalanmayıb, biz heç bunu gözləmirdik də. Prezidentlər fikir mübadiləsi aparıblar və indi işləri davam etdirmək olar", - deyə Brayza bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti