Azərbaycan, Bakı, 12 avqust / Trend , müxbir K.Zərbalıyeva /
Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 12-də saat 09.10-dan 09.40-dək Ermənistan Respublikasının İcevan rayonu Azatamut kəndində yerləşən mövqelərdən Qazax rayonunun Cəfərli kəndi ərazisində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bütün hallarda düşmən cavab atəşilə susdurulub.
İtki yoxdur.