...

Minsk qrupunun amerikalı həmsədrinin əvəzlənməsi Vaşinqtonun münaqişəyə münasibətdə siyasətinin dəyişməsi demək deyil – millət vəkili

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Avqust 2009 16:37 (UTC +04:00)
"ABŞ-ın yeni diplomatının problemi öyrənmək üçün az bir vaxta ehtiyacı olacaq. Amma diplomatiyada bir varislik prinsipi var. Yəni, ABŞ-ın ATƏT-in Minsk qrupu çərçivəsində diplomatı yenisi ilə əvəzlənirsə, bu o demək deyil ki, Vaşinqtonun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə siyasəti dəyişir. Diplomatiyada əsas amil dövlət maraqlarıdır", - cümə günü hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı partiyanın rəsmi saytına bildirib.
Minsk qrupunun amerikalı həmsədrinin əvəzlənməsi Vaşinqtonun münaqişəyə münasibətdə siyasətinin dəyişməsi demək deyil – millət vəkili

Azərbaycan, Bakı, 14 avqust / Trend , müxbir C.Babayeva /

Azərbaycanlı millət vəkili hesab edir ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədrinin əvəzlənməsi Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsinə münasibətdə siyasətinin dəyişməsi demək deyil.

"ABŞ-ın yeni diplomatının problemi öyrənmək üçün az bir vaxta ehtiyacı olacaq. Amma diplomatiyada bir varislik prinsipi var. Yəni, ABŞ-ın ATƏT-in Minsk qrupu çərçivəsində diplomatı yenisi ilə əvəzlənirsə, bu o demək deyil ki, Vaşinqtonun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə siyasəti dəyişir. Diplomatiyada əsas amil dövlət maraqlarıdır", - cümə günü hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı partiyanın rəsmi saytına bildirib.

Trend -un arayışı: 1994-cü ildən ATƏT-in Mİnsk qrupu 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazı iddiası irəli sürməsi zəminində iki cənubi Qafqaz ölkəsi arasında baş verən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olur. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

Minsk qrupunun həmsədrləri Rusiya, Fransa və ABŞ-dır. Mətbuatda ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayzanı diplomat Tina Kaydanovun əvəz edəcəyi barədə məlumatlar yayılmışdı.

Qurbanlının sözlərinə görə, ATƏT-in Minsk qrupu çərçivəsində ABŞ-ın yeni həmsədri vəzifəsinə vaxtilə Kosovo məsələsi ilə məşğul olan Kaydanovun təyinedilmə ehtimalı ilə bağlı ermənilərdə bir növ "şirinlik" yaranıb.

"Təcavüzkar dövlət məsələ ətrafında manipulyasiya edərək dövriyyəyə belə bir informasiya buraxır ki, guya Kaydanovun həmsədr təyin olunması ilə Kosovo modeli Dağlıq Qarabağ probleminin həllinə tətbiq olunacaq. Dağlıq Qarabağ problemi ilə Kosovo arasında analogiya aparmaq düzgün deyil. Çünki Kosovo ayrı-ayrı yanaşma aspekti tələb edən problem idi. Əgər bu məsələnin həlli prosesində vasitəçilik missiyası həyata keçirən dövlətlər Serbiyanın ərazi bütövlüyüdən söz açmırdılarsa, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı həm ABŞ-ın, həm Rusiyanın, həm də Fransanın rəsmi mövqeyi var", - millət vəkili bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti