...

AŞ PA Ermənistan nümayəndə heyətinin addımlarını pisləyib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Oktyabr 2009 15:25 (UTC +04:00)
"Azərbaycan nümayəndə heyəti AŞ PA sədrinə bununla bağlı rəsmi müraciət edib. Ümumiyyətlə, ermənilərin hərəkətləri burada pislənir. Bu hərəkət qeyri-qanuni olduğuna görə AŞ PA sədri Ermənistan nümayəndə heyətinin rəhbərini çağırıb, bununla bağlı xüsusi söhbət aparıb və izah edib ki, belə addımlar atmaq olmaz", - cümə günü Trend News-a AŞ PA-nın vitse-prezidenti, Azərbaycanın qurumdkı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.
AŞ PA Ermənistan nümayəndə heyətinin addımlarını pisləyib

Fransa, Strasburq, 02 oktyabr / Trend , müxbir A.Məhərrəmli/

Ermənilərin Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) yaydığı kitabça və DVD-lər Azərbaycanın qurumdakı nümayəndə heyətinin narazılığına səbəb olub.

"Azərbaycan nümayəndə heyəti AŞ PA sədrinə bununla bağlı rəsmi müraciət edib. Ümumiyyətlə, ermənilərin hərəkətləri burada pislənir. Bu hərəkət qeyri-qanuni olduğuna görə AŞ PA sədri Ermənistan nümayəndə heyətinin rəhbərini çağırıb, bununla bağlı xüsusi söhbət aparıb və izah edib ki, belə addımlar atmaq olmaz", - cümə günü Trend -a AŞ PA-nın vitse-prezidenti, Azərbaycanın qurumdkı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.

Ermənistan nümayəndə heyəti sessiya çərçivəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi faktları saxtalaşdıran kitabça və DVD-lər yayıblar.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti