...

Azərbaycanda Dağlıq Qarabağ münaqişəsi haqqında kitab işıq üzü görüb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Oktyabr 2009 13:48 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsi haqqında real materiallar yeni nəşrlərdə ictimaiyyətə təqdim edilib, nəşrlərin təqdimatı cümə günü Bakıda keçirilib.
Azərbaycanda Dağlıq Qarabağ münaqişəsi haqqında kitab işıq üzü görüb

Azərbaycan, Bakı, 16 oktyabr / Trend , müxbir M.Əliyev/

Dağlıq Qarabağ münaqişəsi haqqında real materiallar yeni nəşrlərdə ictimaiyyətə təqdim edilib, nəşrlərin təqdimatı cümə günü Bakıda keçirilib.

"1905-1906 və 1918-1920-ci illərdə erməni vəhşiliyi", "Qarabağ müharibəsi necə başladı", "Sovet dövrü. Ermənilərin iddiaları", "Erməni təcavüzkarlığının nəticələri" və "Xocalı soyqırımı" adlı yeni nəşrlərdə Dağlıq Qarabağ münaqişəsi haqqında sənədlərə əsaslanan materiallar toplanıb.

"Bu kitab və kitabçaların nəşr edilməsində məqsəd Qarabağ probleminin qısa və yığcam şəkildə geniş işıqlandırılmasıdır", - təqdimat mərasimində Azərbaycanın Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirib.

O qeyd edib ki, kitabların işıq üzü görməsinə sosial sifariş səbəb olub və Ermənistan-Azərbaycan münaqişəsinin araşdırılması davam edir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti