...

Dağlıq Qarabağ münaqişəsi həll olunmadan regionda stabillik zəif olacaq - baş konsul

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Oktyabr 2009 12:24 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsində hiss oluna bilən irəliləyişlər olmasa, Türkiyə-Ermənistan münasibətləri və Cənubi Qafqazda stabillik zəif olacaq, Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Süleymanov bildirib.
Dağlıq Qarabağ münaqişəsi həll olunmadan regionda stabillik zəif olacaq - baş konsul

Azərbaycan, Bakı, 19 oktyabr / Trend , müxbir M.Əliyev/

Dağlıq Qarabağ münaqişəsində hiss oluna bilən irəliləyişlər olmasa, Türkiyə-Ermənistan münasibətləri və Cənubi Qafqazda stabillik zəif olacaq, Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Süleymanov bildirib.

"Münaqişə həll olamadan enerji daşıyıcılarının ixracının yeni marşrtuları barədə danışıqlar vaxtsızdır", - Süleymanovun "Washington Post"da dərc olunan məqaləsində bildirilir.

Onun sözlərinə əsasən, ABŞ Cənubi Qafqazda Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması üzrə səylərin fəallaşdırılmasının tərəfdarıdır və bu əsasla ümumi regional nizamlanmaya təşviq etmə yolu ilə real dəyişikliklərin əldə olunmasına yardım edə bilər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti