...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Noyabr 2009 10:23 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 16-da saat 07:10-dan 07:15-dək Ermənistanın Berd rayonunun Mosesqerx kəndindəki mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri avtomat və pulemyotlardan atəşə tutublar.
Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar

Azərbaycan, Bakı, 17 noyabr / Trend , müxbir R.Daraxşan/

Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 16-da saat 07:10-dan 07:15-dək Ermənistanın Berd rayonunun Mosesqerx kəndindəki mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi; saat 10:40-dan 11:00-dək Ağdam rayonunun Mərzili kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 14:35-dən 14:40-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 09:00-dan 09:15-dək, 21:10-dan 21:25-dək və noyabrın 17-də saat 00:30-dan saat 00:40-dək Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, və Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda düşmən cavab atəşilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti