...

Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün tarixi müəyyən edilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Noyabr 2009 10:41 (UTC +04:00)
Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi üzrə görüşünün tarixi müəyyən edilib, bu barədə Trend News-a yüksək rütbəli diplomatik mənbədən bildirilib.
Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün tarixi müəyyən edilib

Azərbaycan, Bakı, 19 noyabr / Trend , müxbir E.Tarıverdiyeva/

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi üzrə görüşünün tarixi müəyyən edilib, bu barədə Trend -a yüksək rütbəli diplomatik mənbədən bildirilib.

"İlham Əliyev və Serj Sarkisyanın növbəti görüşü noyabrın 22-də Münhendə ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə keçiriləcək", - mənbə bildirib.

Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi üzrə əvvəlki görüşü oktyabrın 9-da MDB dövlətlərinin sammiti çərçivəsində Kişinyovda baş tutub.

Mənbənin sözlərinə əsasən, İlham Əliyev və Serj Sarkisyanın görüşünə kimi ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona səfərləri gözlənilmir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti